Dünya

Tramp Tehranın nüvə proqramına görə İrana hücum etməyə tələsmədiyini bəyan edib  

tramp-tehranin-nuve-proqramina-gore-irana-hucum-etmeye-telesmediyini-beyan-edibnbspnbsp-1746057709

18 Aprel, 2025 / 01:12

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı bu ölkəyə hücum etməyə tələsmir.

Parol.az xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Trampdan soruşublar ki, nüvə proqramına görə İrana hərbi zərbə endirmək ehtimalı nə dərəcədə realdır:

“Mən deməzdim ki, bu variantı tam istisna edirəm. Amma tələsmirəm. Çünki düşünürəm ki, İranın böyük bir dövlət qurmaq və ölüm-itki olmadan xoşbəxt yaşamaq imkanı var. Mən bunu görmək istərdim – bu birinci variantdır. Əgər ikinci variant baş verərsə, düşünürəm ki, bu, İran üçün çox pis olar. Fikrimcə, İran danışıqlar aparmaq istəyir. Ümid edirəm ki, onlar dialoq istəyirlər. Əgər belə olsa, bu, onlar üçün çox yaxşı olacaq”, – deyə Tramp vurğulayıb.

XƏBƏR LENTİ