Dünya

ABŞ-ın daxili təhlükəsizlik naziri restoranda qarət edilib  

abs-in-daxili-tehlukesizlik-naziri-restoranda-qaret-edilibnbspnbsp-1746129073

22 Aprel, 2025 / 01:15

ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem Vaşinqtonun mərkəzində yerləşən restoranda qarət edilib

Parol.az xəbər verir ki, bu barədə "CNN" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.

Bildirilib ki, hadisə aprelin 20-də, axşam saatlarında "Capital Burger" restoranında nahar zamanı baş verib.

Nazirin təhlükəsizliyini təmin edən xüsusi xidmət orqanlarının əməkdaşları artıq müşahidə kameralarının görüntülərini araşdırıblar.

Kadrlarda tibbi maska taxmış naməlum ağdərili şəxsin nazirin çantasını götürərək restorandan çıxdığı görünür.

Oğurlanmış çantada Kristi Noemə məxsus sürücülük vəsiqəsi, dərman preparatları, mənzil açarları, pasport, DHS (Daxili Təhlükəsizlik Departamenti) keçid kartı, kosmetik ləvazimatlar və təxminən 3000 ABŞ dolları nağd pul olub.

Hadisə ilə bağlı araşdırmalar başlayıb.

İstintaq çərçivəsində nazirə məxsus maliyyə vasitələrinin istifadəsi izlənilir.

XƏBƏR LENTİ