Dünya

Kreml Putinin Ukrayna münaqişəsini dayandırmaq təklifi xəbərinə münasibət bildirib  

kreml-putinin-ukrayna-munaqisesini-dayandirmaq-teklifi-xeberine-munasibet-bildiribnbspnbsp-1746134433

23 Aprel, 2025 / 13:56

Rusiya Avropa sülhməramlılarının Ukrayna ərazisində olmasına əvvəlki tək qarşıdır.

Parol.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bəli, Rusiya hələ də Ukraynada Avropa sülhməramlılarının yerləşdirilməsinə qarşıdır. Əslində bunlar Ukrayna ərazisində NATO-nin qüvvələri və vasitələri olacaq. Bu, elə əslində, xüsusi hərbi əməliyyatın başlanmasının ilkin səbəblərindən biri idi", - Kremlin sözçüsü vurğulayıb.

Peskov Ukrayna münaqişəsi ilə müxtəlif sülh təklifləri və Moskvanın hazırkı təmas xətti boyunca münaqişəni dondurmağa hazır olması ilə bağlı "Financial Times" nəşrnin məlumatına da münasibət bildirib.

O qeyd edib ki, Ukraynada nizamlanmanın müəyyən edilmiş variantları ictimaiyyətə açıqlana bilməz və onlar səssiz rejimində müzakirə edilməlidir: "Mətbuatda çoxlu müxtəlif informasiya sızmaları dolaşır. Siz başa düşürsünüz ki, müxtəlif həll variantlarının hər hansı eskizləri ictimailəşdirilə bilməz. Onlar ictimailəşən kimi effektivliyini itirir".

Putinin mətbuat katibi vurğulayıb ki, bu səbəbdən iş səssiz rejimdə aparılmalıdır: "Biz bu mövqedən çıxış edirik. Sizi bu cür informasiya sızmalarına qarşı çox diqqətli olmağa çağırırıq".

XƏBƏR LENTİ