Dünya

Odessa kütləvi dron hücumuna məruz qalıb  

odessa-kutlevi-dron-hucumuna-meruz-qalibnbspnbsp-1746129177

22 Aprel, 2025 / 01:35

Rusiya Ordusu aprelin 21-nə keçən gecə Ukraynanın Odessa şəhərinə "Shahed" tipli kamikadze dronlarla kütləvi hücum təşkil edib, şəhər sakinləri bir neçə partlayış səsləri eşitdiklərini bildirirlər.

Parol.az xəbər verir ki, hücumdan əvvəl bəzi monitorinq kanalları şəhər sakinlərinə — xüsusilə şəxsi nəqliyyatı olanlara — Odessanı təcili tərk etməyi tövsiyə edib.

Qısa müddət sonra partlayış səsləri eşidilib və pilotsuz uçuş aparatlarının yaşayış binalarının üzərində uçduğu bildirilir.

Şəhərdə yanğınlar baş verib, tüstü və alov müşahidə olunur. Sosial şəbəkələrdə partlayış anlarını əks etdirən görüntülər yayılıb.

Hücum nəticəsində bir neçə yaşayış binasının zədələndiyi qeyd olunur.

XƏBƏR LENTİ