Dünya

Harvard Universiteti Tramp administrasiyasını məhkəməyə verib  

harvard-universiteti-tramp-administrasiyasini-mehkemeye-veribnbspnbsp-1746129249

22 Aprel, 2025 / 03:00

ABŞ-ın nüfuzlu Harvard Universiteti Donald Trampın administrasiyasını məhkəməyə verib.

Parol.az xəbər verir ki, bu barədə "The Harvard Crimson" tələbə qəzeti məlumat yayıb.

Bildirilib ki, buna səbəb universitetin milyardlarla dollar dəyərində maliyyə vəsaitindən məhrum edilməsi olub.

Universitet ABŞ hökumətini konstitusiyaya zidd və qanunsuz kampaniya aparmaqda ittiham edir.

Məhkəmə iddiasında bildirilir ki, bu kampaniya Harvardın konstitusion hüquqlarını müdafiə etdiyi üçün ona qarşı "cəza tədbiri" kimi həyata keçirilib.

Harvard 2,2 milyard dollar məbləğində vəsaitin dondurulmasının qeyri-qanuni hesab olunmasını və bu qərarın ləğvini tələb edir.

Universitet hesab edir ki, bu maliyyələşmədən imtina Harvardı öz idarəetmə sistemini dəyişməyə, akademik proqramlarını və işə qəbul qaydalarını yenidən nəzərdən keçirməyə məcbur etmək məqsədi daşıyır.

XƏBƏR LENTİ