Dünya

Britaniya Aİ ilə ticarət müqaviləsi bağlamağa hazırlaşır  

britaniya-ai-ile-ticaret-muqavilesi-baglamaga-hazirlasirnbspnbsp-1746129891

22 Aprel, 2025 / 07:35

Böyük Britaniyanın Baş naziri Kir Starmer, Avropa İttifaqı (Aİ) ilə silah satışına dair ticarət müqaviləsi bağlamağa yaxınlaşır.

Parol.az xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Kir Starmer, Böyük Britaniyanın silah istehsalçılarına Aİ ilə böyük ticarət müqaviləsi bağlamaq imkanı yaradacaq bir razılaşmaya yaxındır. Bu müqavilə, Britaniya silah şirkətlərinin Aİ-dən olan tərəfdaşlarına milyardlarla funt-sterlinq dəyərində silah satmalarına imkan verəcək,” – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu müqavilə sayəsində Böyük Britaniya şirkətləri, Britaniya ilə Avropa təşkilatları arasındakı əlaqələrin yenidən qurulması çərçivəsində Aİ-nin yeni müdafiə fondu üçün müraciət edə biləcəklər.

Qəzetin məlumatına görə, bu razılaşma 150 milyard avro məbləğində ola bilər.

XƏBƏR LENTİ