Dünya

Kreml: Zelenskinin istefası Rusiyanın Ukrayna ilə bağlı tələbləri arasında yoxdur  

kreml-zelenskinin-istefasi-rusiyanin-ukrayna-ile-bagli-telebleri-arasinda-yoxdurnbspnbsp-1746134769

23 Aprel, 2025 / 21:15

“Putin və Trampı birləşdirən odur ki, hər ikisi dialoqdan imtina etməyin absurdluğunu başa düşürlər.”

Parol.az xəbər verir ki, bunu kremlin sözçüsü Dmitri Peskov “Le Point”ə müsahibəsində deyib.

O vurğulayıb ki, Putin ilə Tramp arasında mövqelərinin yaxın olduğu sahələr var, lakin bu, onların hər şeydə yaxın olması demək deyil.

"Onları ən çətin məsələləri müzakirə yolu ilə həll etmək istəyi birləşdirir. Bayden administrasiyasında məhz bu çatışmırdı", - Peskov qeyd edib.

Kreml sözçüsü onu da əlavə edib ki, Zelenskinin istefası Rusiyanın Ukrayna ilə bağlı tələbləri arasında yoxdur: "Lakin onun qeyri-legitimliyinə görə Ukraynanın imzaladığı istənilən sənədə etiraz edilə bilər".

XƏBƏR LENTİ