Putinin sözçüsü Ukrayna qoşunlarının hələ də Kursk vilayətində olması ilə bağlı açıqlamasına münasibət bildirib
28 Aprel, 2025 / 12:01
23 Aprel, 2025 / 03:45
ABŞ aprelin 23-də Londonda keçiriləcək iclasda Ukrayna münaqişəsinin nizamlanmasına dair yeddi maddədən ibarət plan təqdim edəcək. Bu plana Krımın Rusiya kimi tanınması, Rusiyaya qarşı tətbiq olunan ABŞ sanksiyalarının ləğvi təklifi və Kiyev üçün aydın təhlükəsizlik təminatının olmaması daxildir.
Parol.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” ABŞ, Böyük Britaniya, Aİ və Ukrayna nümayəndələrinin iştirak edəcəyi görüş ərəfəsində mənbələrə istinadən məlumat yayıb.
Qəzet yazır ki, planın birinci və ikinci bəndləri dərhal atəşkəsin elan olunması və Ukrayna ilə Rusiya arasında birbaşa danışıqların başlanmasını nəzərdə tutur.
Üçüncü bənd Ukraynanın NATO-ya üzvlük iddiasından imtina etməsini əhatə edir. Bununla belə, ölkənin Aİ-yə üzv olmaq üçün müraciət etmə hüququ saxlanılır.
Məqaləyə əsasən, dördüncü bənd Rusiyanın Krım üzərində hüququnun tanınması təklifini ehtiva edir.
Beşinci bənd isə Rusiya tərəfindən nəzarətə götürülmüş ərazilərin ABŞ tərəfindən rəsmi tanınma anlamına gəlməsə belə de-fakto olaraq Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutur.
Qəzet qeyd edir ki, Vaşinqton bu plan çərçivəsində Enerqodarda yerləşən və hazırda Rusiya qüvvələrinin nəzarətində olan Zaporojjya Atom Elektrik Stansiyasının ABŞ-ın nəzarətinə keçməsində israrlıdır.
Altıncı bənd Ukraynanın ABŞ-la faydalı qazıntılara dair saziş imzalamasını nəzərdə tutur.
Yeddinci və sonuncu bənd isə Moskva ilə Vaşinqton arasında yeni münasibətlərin qurulması imkanlarından bəhs edir. ABŞ-ın bütün sanksiyalarının ləğvi və enerji sektorunda iki ölkə arasında əməkdaşlığın bərpası da bu bəndə daxildir.

28 Aprel, 2025 / 07:35
28 Aprel, 2025 / 07:27
28 Aprel, 2025 / 07:01
28 Aprel, 2025 / 06:44
28 Aprel, 2025 / 06:19
XƏBƏR LENTİ