Dünya

"Avropanın ciddi problemləri var və onların çoxu miqrasiya siyasətindən qaynaqlanır"

avropanin-ciddi-problemleri-var-ve-onlarin-coxu-miqrasiya-siyasetinden-qaynaqlanir-1746056907

17 Aprel, 2025 / 23:27

ABŞ Prezidenti Donald Tramp Avropanın üzləşdiyi əsas problemlərdən birinin məhz miqrasiya siyasəti olduğunu bildirib.

Parol.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu İtaliyanın Baş naziri Corcia Meloni ilə birlikdə Ağ Evdə keçirdiyi brifinqdə bildirib.

“Avropada çoxlu problemlər var və onların əksəriyyəti məhz miqrasiya ilə bağlıdır”, – deyə o vurğulayıb.

Tramp, həmçinin qeyd edib ki, Avropa və onun miqrasiya siyasəti barədə baxışları o qədər də müsbət deyil. Bununla belə, o ümid etdiyini bildirib ki, Avropa öz “əvvəlki qüdrətini” bərpa edə biləcək.

XƏBƏR LENTİ