Dünya

Zelenski: Ukrayna nümayəndə heyətinin Londondakı əsas hədəfi qeyd-şərtsiz atəşkəsdir  

zelenski-ukrayna-numayende-heyetinin-londondaki-esas-hedefi-qeyd-sertsiz-ateskesdirnbspnbsp-1746128973

22 Aprel, 2025 / 00:09

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Londonda keçiriləcək görüşdə Kiyev nümayəndə heyətinin əsas vəzifəsi qeyd-şərtsiz atəşkəsə nail olmaq olacaq.

Parol.az xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi video-müraciətində bildirib.

Prezidentin sözlərinə görə, real atəşkəs uzunmüddətli və etibarlı sülhün təməlini qoymalıdır. Zelenski vurğulayıb ki, Pasxa bayramından sonra dünya ictimaiyyəti müharibənin əsl səbəbini daha aydın şəkildə görür və bu səbəbin Rusiya olduğu artıq şübhə doğurmur.

Ukrayna lideri hesab edir ki, Rusiya Ordusunun atəşi dayandırması yalnız Moskvanın birbaşa əmri ilə mümkündür.

Onun fikrincə, müharibənin davam etməsinə görə bütün məsuliyyət birbaşa Kremlin üzərindədir.

XƏBƏR LENTİ