Dünya

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 51 025 nəfərə çatıb  

israilin-qezzaya-hucumlari-neticesinde-olenlerin-sayi-51-025-nefere-catibnbspnbsp-1746054107

17 Aprel, 2025 / 02:05

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həlak olanların sayı 51025 nəfərə çatıb.

Parol.az xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada İsrailin Qəzzada davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.

Məlumatda bildirilib ki, son 24 saat ərzində Qəzzada 25 nəfər ölüb, 89 nəfər isə yaralanaraq xəstəxanalara çatdırılıb.

İsrail ordusunun yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozaraq martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 1652 fələstinli həlak olub, 4391 fələstinli isə yaralanıb.

7 oktyabr 2023-cü il tarixindən bu günə qədərisə 51025 nəfər həlak olub, 116432 nəfər isə yaralanıb.

XƏBƏR LENTİ