Dünya

Harvardın prezidenti Tramp administrasiyasını qanunu pozmaqda ittiham edib  

harvardin-prezidenti-tramp-administrasiyasini-qanunu-pozmaqda-ittiham-edibnbspnbsp-1747953399

13 May, 2025 / 04:10

Harvard Universitetinin prezidenti Alan Qarber ABŞ prezidenti Donald Trampın administrasiyasını qanunsuzluqda ittiham edib.

Parol.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Qarberin açıq məktubu Tramp administrasiyasının universitetə ​​yeni federal qrantların verilməməsi ilə bağlı açıqlamasına cavab olaraq gəlib.

Akademikin fikrincə, Vaşinqtonun universitetin siyasətinə təsir etmək cəhdləri qanunsuzdur.

O, təhsil ocağının heç bir partiya mənsubiyyətinin olmadığını və əksinə ittihamların ədalətsiz olduğunu vurğulayaraq, rəhbərlik etdiyi universitetin neytral mövqeyindən əl çəkməyəcəyini bildirib.

Qeyd edək ki, 26 aprel tarixində Harvard Universiteti, Tramp administrasiyasına qarşı məhkəməyə müraciət edərək, 2,2 milyard dollar məbləğində federal maliyyə vəsaitinin dondurulmasını qanunsuz hesab etməyi tələb edib.

Bundan əvvəl Tramp, Harvard Universitetini antisemitik qurum adlandırmışdı.

XƏBƏR LENTİ