Dünya

İsrail ordusu Livanın cənubdakı Lehlah bölgəsinə daxil olub  

israil-ordusu-livanin-cenubdaki-lehlah-bolgesine-daxil-olubnbspnbsp-1747953141

13 May, 2025 / 02:30

İsrail və Livan arasında 27 noyabr 2024-cü ildə əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, İsrail tez-tez razılaşmanı pozur.

Parol.az xəbər verir ki, NNA xəbər agentliyinin məlumatına görə İsrail ordusuna aid iki tank və beş zirehli maşın cənubdakı Lehlah bölgəsinə daxil olub.

Tank və zirehli texnika ilə sərhədi keçən İsrail əsgərlərinin Sur şəhərinin Alma əş-Şaab qəsəbəsi yaxınlığında yerləşən Livan ordusuna 100 metr yaxınlaşdığı bildirilib.

NNA-nın məlumatına görə İsrail ordusuna məxsus helikopterlər də sərhəd bölgəsi yaxınlığındakı qəsəbələr üzərində uçuş həyata keçirib.

XƏBƏR LENTİ