Dünya

ABŞ İrana qarşı sanksiyaları genişləndirib  

abs-irana-qarsi-sanksiyalari-genislendiribnbspnbsp-1747953257

13 May, 2025 / 03:30

Vaşinqton, nüvə sazişi üzrə dolaylı danışıqlar fonunda İrana qarşı sanksiyaları genişləndirib.

Parol.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat verib.

"Dövlət Departamenti, İranın Müdafiə İnnovasiyaları və Tədqiqatlar Təşkilatına (SPND olaraq tanınır) bağlı olan üç iranlı şəxsə və bir İran təşkilatına qarşı sanksiyalar tətbiq edib. Bu təşkilat, 2004-cü ilə qədər İranın nüvə silahı yaratmaq proqramının birbaşa varisi olub, həmçinin "Amad Proyekti" adı ilə də tanınır," - deyə departamentin açıqlamasında bildirilir.

Qeyd edək ki, bazar günü İran və ABŞ arasında danışıqların dördüncü raundu baş tutub.

XƏBƏR LENTİ