Dünya

HƏMAS girovların azad olunması ilə bağlı danışıqlara hazır olduğunu bəyan edib  

hemas-girovlarin-azad-olunmasi-ile-bagli-danisiqlara-hazir-oldugunu-beyan-edibnbspnbsp-1746057342

18 Aprel, 2025 / 00:05

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında hərbi əməliyyatların tam dayandırılması müqabilində onun nəzarətində olan bütün israilli girovların azad olunması ilə bağlı danışıqlara başlamağa hazır olduğunu açıqlayıb.

Parol.az xəbər verir ki, bu barədə təşkilatın Qəzzadakı liderlərindən biri Xəlil əl-Heyya bildirib.

“Bizdə olan bütün girovların, eləcə də İsrail həbsxanalarında olan razılaşdırılmış sayda fələstinlinin azad olunması ilə nəticələnəcək danışıqlara dərhal başlamağa hazırıq. Əvəzində biz xalqımıza qarşı müharibənin tam dayandırılmasını, bütün İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasını, bölgənin bərpasına başlanmasını və blokadanın götürülməsini tələb edirik”, – deyə əl-Heyya vurğulayıb.

XƏBƏR LENTİ