Dünya

Kreml Ukraynada sülhməramlı kontingentin yerləşdirilməsini tamamilə qəbuledilməz sayır  

kreml-ukraynada-sulhmeramli-kontingentin-yerlesdirilmesini-tamamile-qebuledilmez-sayirnbspnbsp-1746136469

24 Aprel, 2025 / 14:00

Kreml Ukraynada sülhməramlıların yerləşdirilməsi üçün “istəklilər koalisiyası” ideyasını qəbuledilməz və kritik təhlükə hesab edir.

Parol.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Rusiyanın tarixi ərazilərinə sülhməramlıların yeridilməsinin üçüncü dünya müharibəsi təhlükəsi yaratdığı barədə sözləri ilə razı olduğunu söyləyib.

"Doktrinamızda nüvə silahı ilə bağlı hər şey yazılıb. Bu doktrina əl çatandır. Ukrayna ərazisinə hərbi kontingentlərin yerləşdirilməsi ilə bağlı müzakirələrə gəlincə, bu, bizim üçün tamamilə qəbuledilməzdir. Bu, bütün Avropa və qlobal təhlükəsizlik üçün kritik təhlükə yaradır", - Kremlin sözçüsü vurğulayıb.

XƏBƏR LENTİ