Dünya

Keçmiş müdafiə naziri özünü öldürmək istədi  

kecmis-mudafie-naziri-ozunu-oldurmek-istedinbspnbsp-1734029427

11 Dekabr, 2024 / 07:08

Cənubi Koreyanın həbsdə olan keçmiş müdafiə naziri Kim Yon Xen intihara cəhd edib.

Parol.az xəbər verir ki, onun səhhətinin hazırda normal olduğu bildirilir.

Qeyd edək ki, Kim Yon Xen hərbi vəziyyət rejiminin tətbiqi planının əsas iştirakçılarından biri hesab olunur.

Xatırladaq ki, dekabrın 3-də axşam Cənubi Koreya Prezidenti Yun Sok Yol “Şimali Koreya tərəfdarı olan ünsürlərə” və parlament müxalifətinin hərəkətləri nəticəsində icra hakimiyyətinin iflic vəziyyətinə düşməsinə qarşı mübarizə məqsədilə hərbi vəziyyət tətbiq edib. Lakin təxminən 6 saat sonra hərbi vəziyyət rejimi ləğv edilib.

XƏBƏR LENTİ