Dünya

Bu ölkələr sərhədlərinin gücləndirilməsinə 1.2 milyard avro xərcləyəcəklər

bu-olkeler-serhedlerinin-guclendirilmesine-12-milyard-avro-xercleyecekler-1746485032

05 May, 2025 / 16:47

Latviya, Litva və Estoniya Rusiya və Belarusla sərhədləri boyunca müdafiə xəttinin yaradılması və tank əleyhinə minaların alınmasına 1.2 milyard avro vəsait sərf edəcək.

Parol.az xəbər verir ki, bunu NATO-dakı mənbə açıqlayıb.

Bu məbləğin 800 milyon avrosu yalnız minaların əldə olunmasına xərclənəcək. Həmin yeraltı partlayıcı qurğular 70 kilometrlik sərhəd xətti boyunca yerləşdiriləcək.

O da bildirilib ki, təkcə Litva 2026-2030-cu illərdə ümumi daxili məhsulun 6 faizə qədərini müdafiə xərclərinə sərf edəcək. Litva isə sərhəd boyunca səngər qazılması, eləcə də magistral yolların ətrafına ağacların əkilməsinə də diqqət yetirəcək.

Eyni zamanda Latviya, Litva və Estoniya hökumətləri pilotsuz uçuş aparatları əleyhinə radioelektron mübarizə vasitələrinin əldə olunması və erkən xəbərdarlıq sistemlərinin qurulmasına da diqqət yetirəcək.

XƏBƏR LENTİ