Dünya

Abbas Araqçi: İran ABŞ-la fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çalışır  

abbas-araqci-iran-abs-la-fikir-ayriliqlarini-danisiqlar-yolu-ile-hell-etmeye-calisirnbspnbsp-1746407027

02 May, 2025 / 00:20

İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi bildirib ki, Tehran nüvə proqramı ətrafındakı fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməkdə qərarlıdır.

Parol.az xəbər verir ki, bu barədə o, ABŞ və İran arasında keçirilməsi planlaşdırılan növbəti danışıqlar raundunun təxirə salınmasına münasibət bildirərkən deyib.

“Omanlı və amerikalı tərəfdaşlarla birgə qərara gəldik ki, dördüncü danışıqlar raundunu logistika və texniki səbəblərə görə təxirə salaq. İran tərəfinin mövqeyində heç bir dəyişiklik yoxdur — biz problemi danışıqlar yolu ilə həll etməkdə qətiyyətliyik”, – nazir "X" hesabında yazıb.

XƏBƏR LENTİ