Dünya

Rusiya Kiyev və Vaşinqton arasında faydalı qazıntılar üzrə sazişin məzmunu ilə tanış deyil  

rusiya-kiyev-ve-vasinqton-arasinda-faydali-qazintilar-uzre-sazisin-mezmunu-ile-tanis-deyilnbspnbsp-1746484726

05 May, 2025 / 13:49

Kreml Kiyev və Vaşinqton arasında faydalı qazıntılar üzrə sazişin məzmunu ilə tanış deyil.

Parol.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, rəsmi Moskvanın məlum sazişlə məşğul olmadığını və buna görə də bu barədə şərh verə bilməyəcəyini söyləyib.

"Biz sazişin özünü təhlil etməliyik. Mən mətnlə tanış deyiləm. Təfərrüatlara varmadan, bu sazişi şərh etmək mümkün deyil. Orada nədən söhbət getdiyi hələ tam aydın deyil", - Kreml sözçüsü vurğulayıb.

XƏBƏR LENTİ