Narışkindən Bakı və İrəvanın sülh danışıqları ilə bağlı ETİRAF: ABŞ təşəbbüsü itirir...
10 Dekabr, 2024 / 10:56
07 Noyabr, 2024 / 22:30
Donald Trampın seçkilərdə qalib gəlməsi ilə dünyanın gündəmi bir anın içində dəyişsə də, lakin İranın fars-molla rejiminin təməl mövzuları isə heç vaxt dəyişmir.
Mollalar Baydenin dövründə olduğu kimi Trampın prezidentlik dönəmində də Zəngəzur dəhlizi məsələsinin İranın “qırmızı xətti” olduğunu tutuquşu kimi təkrarlamağa davam edəcəklər.
Bunu İranın İrəvandakı səfiri Mehdi Sübhaninin ötən gün verdiyi növbəti açıqlamasından da görmək mümkündür. Belə ki, M.Sübhani ölkəsinin Zəngəzur dəhlizinin əleyhinə olduğunu yenə də açıq mətnlə bildirib.
Sitat:
“Biz Ermənistanın milli və ərazi suverenliyi çərçivəsində sərhəd maneələrinin aradan qaldırılması (kommunikasiyaların açılması) ilə razıyıq. Ancaq dəhliz məsələsi ilə razılaşmırıq; Biz geosiyasi dəyişikliklər yaradan hər şeyin əleyhinəyik”.
Şübhəsiz ki, bu açıqlama iranlı səfirin öz şəxsi mövqeyi deyil. O, rəsmi Tehranın mövqeyini açıqlayıb.
Tehranın Zəngəzur dəhlizinə qarşı bu cür sərt mövqe sərgilməsinin səbəbləri isə hamıya məlumdur. Burada söhbət İranın Ermənistanın mənafelərini qorumasından getmir. Bu, əsla belə deyil. Xamenei rejimini Ermənistanın mənafeləri qətiyyən maraqlandırmır. İran Zəngəzur dəhlizinə münasibətdə ilk növbədə öz geosiyasi maraqlarından və həm də fobiyalarından çıxış edir.
İranın əsas fobiyası, narahatçılığı isə Zəngəzur dəhlizinin Türk dünyasını birləşdirəcəyi perspektivindən qaynaqlanır. İran Türkiyənin Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanla və Türküstan ölkələri (Mərkəzi Asiyanın türk dövlətləri) ilə birləşməsindən əndişələnir. Turan birliyinin yaranması imkanları İranın hazırkı fars-molla rejiminin yuxularına haram qatmaqdadır.
Bu məsələdə ermənilərin millətçi dairələri ilə panfarsçı molla rejiminin baxışları, yanaşmaları üst-üstə düşür. Hər iki tərəf qatı türkəfob mövqedən çıxış edir və Zəngəzur dəhlizinə logistik-kommunikasiya vasitəsi kimi yox, sivilizasiyaların toqquşmasına rəvac verən, Türk sivilizasiyasının yeni güc mərkəzi kimi formalaşmasına gətirib çıxaracaq qlobal proyekt kimi baxırlar.
Məhz buna görə də İran Ermənistan və Hindistanla birlikdə Hindistan-İran-Ermənistan-Gürcüstan-Qara dəniz-Avropa dəhlizi ideyasını Zəngəzur dəhlizinə alternativ kimi ortaya ataraq, bu yolla özü üçün Qərbə çıxış imkanı əldə etmək istəyir.
Səfir M.Sübhani də sözügedən açıqlamasında bu məqama toxunaraq bildirib ki, “Fars körfəzi-Qara dəniz dəhlizi iranlı sürücülər üçün müxtəlif və cəlbedici marşrutlardan biridir və Ermənistan İranı Qara dənizə birləşdirən mərkəzdir”.
Bu açıqlamadan da görünür ki, İran öz mövcudluğu üçün Ermənistana həyat yolu kimi, nəfəslik kimi baxır. Məhz bu səbəbdən də Zəngəzur dəhlizinin çəkilməsini əngəlləmək İran üçün əsl ölüm-dirim məsələsinə çevrilib. Mollaların düşüncəsinə görə, Zəngəzur dəhlizinin açılması İranı “həyat yolu”ndan (yəni ki, Ermənistanla sərhəddən) məhrum edə bilər. Ona görə də İran var gücü ilə bu dəhlizin açılmasına mane olmağa çalışır.
Lakin böyük güclərin Zəngəzur dəhlizi ilə bağlı mövqeləri kəsişəndə və dəhlizin açılmasına yekun qərar veriləndə isə artıq mollaların rəyi heç kimi maraqlandırmayacaq.
Bəybala Mirzəyev

09 Dekabr, 2024 / 20:04
09 Dekabr, 2024 / 13:53
04 Dekabr, 2024 / 16:55
03 Dekabr, 2024 / 21:00
03 Dekabr, 2024 / 13:17
XƏBƏR LENTİ