Dünya

İspaniyada ölkənin 50%-nin elektrik təchizatı bərpa olunub  

ispaniyada-olkenin-50-nin-elektrik-techizati-berpa-olunubnbspnbsp-1746213187

29 Aprel, 2025 / 02:45

İspaniyanın baş naziri Pedro Sançes bildirib ki, İspaniya ərazisinin yarısına elektrik enerjisi verilişi bərpa edilib.

Parol.az xəbər verir ki, bu haqda “Reuters“ agentliyi məlumat verib.

"İspaniyanın baş naziri Sançes bildirib ki, İspaniyanın elektrik şəbəkəsi operatoru ölkənin 50%-nin elektrik enerjisini bərpa edib", - məlumatda deyilir.

Paytaxt Madriddə elektrik enerjisinin verilməsi demək olar ki, bərpa olunub.

Qeyd edək ki, bu gün İspaniya və Portuqaliyada elektrik və rabitə xətlərində fasilələr qeydə alınıb. Madrid, Barselona, ​​Valensiya, La Korunya, Sevilya və digər şəhərlər işıqsız qalıb.

XƏBƏR LENTİ