Dünya

Putinin sözçüsü Ukrayna qoşunlarının hələ də Kursk vilayətində olması ilə bağlı açıqlamasına münasibət bildirib  

putinin-sozcusu-ukrayna-qosunlarinin-hele-de-kursk-vilayetinde-olmasi-ile-bagli-aciqlamasina-munasibet-bildiribnbspnbsp-1746141158

28 Aprel, 2025 / 12:01

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna prezidenti Volodimir Zelenskinin Ukrayna qoşunlarının hələ də Kursk vilayətində olması ilə bağlı açıqlamasına münasibət bildirib.

Parol.az xəbər verir ki, Peskov bununla bağlı Vladimir Putin və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun sözlərinə istiqamətlənməyi təklif edib.

Qeyd edək ki, Rusiya aprelin 26-da Kursk vilayətinin Ukrayna ordusundan tam azad olunduğunu açıqlayıb. Bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinə məruzə edib.

Ukrayna lideri Zelenski isə rəsmi Moskvanın məlum açıqlamasından sonra Ukrayna hərbçilərinin hələ də Rusiyanın Kursk və Belqorod vilayətlərində olduğunu bildirib.

XƏBƏR LENTİ