Dünya

KİV: Tramp buna nail ola bilməyəcək 

kiv-tramp-buna-nail-ola-bilmeyeceknbsp-1745275839

02 Aprel, 2025 / 23:05

ABŞ Prezidenti Donald Tramp Pasxa bayramınadək Ukraynada atəşkəsə nail ola bilməyəcək.

Parol.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Telegraf” nəşri Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Ağ Ev rəsmisi “Tramp administrasiyasının Kremlin ləngitmə taktikalarından yorulduğunu”, Moskva və Kiyevə münaqişənin təzminləməsi üçün təzyiqləri artırmağa hazırlaşdığını əlavə edib.

Qeyd olunub ki, Tramp prezidentliyinin əvvəlində aprel və ya may ayınadək Ukraynada tam atəşkəsə nail olunması və bunun ardınca davamlı sülh əldə edilməsi hədəfləri qoyub.

Lakin yüksək vəzifəli Ağ Ev rəsmiləri atəşkəsə qarşıdakı aylarda da nail olunması ehtimalının olmadığını, müharibənin davam edəcəyini bildiriblər.

Donald Tramp seçki kampaniyası zamanı Ukraynada müharibəyə prezidentlik səlahiyyətlərinin icrasından sonra 24 saat ərzində son qoyacağını bildirsə də, 4-cü aya keçən sülhyaratma fəaliyyətləri hələlik konkret nəticə verməyib.

XƏBƏR LENTİ