Dünya

ABŞ Rusiya neftini daşıyan gəmilərə qarşı sanksiyalar tətbiq edəcək  

abs-rusiya-neftini-dasiyan-gemilere-qarsi-sanksiyalar-tetbiq-edeceknbspnbsp-1745273044

02 Aprel, 2025 / 01:50

ABŞ Rusiya neftini daşıyan gəmilərə qarşı aqressiv sanksiyalar tətbiq etməyə hazırlaşır.

Parol.az xəbər verir ki, bunu “Fox News”un jurnalisti Ceki Heinriç “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O müzakirələrdə iştirak edən mənbəsinə istinadən bildirib ki, Vaşinqton indiki anti-Rusiya sanksiyalarının effektivliyini 10-dan 3-cü səviyyədə qiymətləndirir.

ABŞ-ın yeni tədbirləri arasında Rusiya neftini daşıyan gəmilərin Baltik dənizindən keçməsinin qarşısını almaq cəhdinin də ola biləcəyi vurğulanır.

Onun sözlərinə görə, Vaşinqton administrasiyası Rusiyanın “kölgə donanması” daxil olmaqla bir çox sahədə aqressiv sanksiyaların tətbiqini nəzərdən keçirir.

XƏBƏR LENTİ