Narışkindən Bakı və İrəvanın sülh danışıqları ilə bağlı ETİRAF: ABŞ təşəbbüsü itirir...
10 Dekabr, 2024 / 10:56
28 Oktyabr, 2024 / 10:04
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzəni qəbul edib.
Parol.az xəbər verir ki, dövlətimizin başçısı general Sahir Şamşad Mirzənin səfərinin ölkələrimiz arasında güclü tərəfdaşlıq, müdafiə və digər sahələrdə əməkdaşlıq məsələlərinin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını dedi.
Prezident İlham Əliyev bu il qardaş Pakistana dövlət səfərinin çox uğurlu və məhsuldar keçdiyini vurğulayaraq, bunun dostluq və qardaşlıq münasibətlərimizin daha yüksək səviyyəyə qalxması işinə töhfə verdiyini bildirdi.
Dövlətimizin başçısı ölkələrimizin ərazi bütövlüyü və suverenliyi məsələlərində bir-birini həmişə dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini qeyd etdi.
Əməkdaşlığımızın, o cümlədən ticarət sahəsində əlaqələrimizin əsas istiqamətlərinin artıq müəyyənləşdirildiyini bildirən dövlətimizin başçısı dedi ki, özünün Pakistana dövlət səfəri zamanı Azərbaycanın bu ölkəyə 2 milyard ABŞ dolları məbləğində investisiya qoyuluşu imkanları barədə bəyanat verilib və bu sahədə sıx əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər.
Müdafiə sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev bir müddət əvvəl artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən JF-17C təyyarələrinə baxdığını məmnunluqla xatırlayaraq, onların dünya səviyyəsində ən yaxşı təyyarərlərdən olduğunu dedi. Dövlətimizin başçısı bu hadisənin müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığımızın daha da gücləndirilməsi işinə xidmət etdiyini vurğuladı. Prezident İlham Əliyev müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda, o cümlədən istehsal, investisiya, texnologiyalar sahələrində uğurlu nəticələrin əldə olunacağına əminliyini bildirdi.
Dövlətimizin başçısı Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin COP29 tədbirində iştirakının və gələn il öllkəmizə dövlət səfərinin Azərbaycanda səbirsizliklə gözlənildiyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin Bakıda keçirəcəyi görüşlərin uğurlu olacağına ümidvar olduğunu bildirdi.
Azərbaycan dövlətinin başçısı ilə görüşündən şərəf duyduğunu vurğulayan Sahir Şamşad Mirzə Prezident İlham Əliyevin əfsanəvi şəxsiyyət olduğunu qeyd etdi. Qonaq Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Məhəmməd Şahbaz Şərifin salamlarını, Pakistan xalqının ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
Sahir Şamşad Mirza Azərbaycan Prezidentinin Pakistana dövlət səfərinin ikitərəfli münasibətlərimizin inkişafında tarixi təməl daşı olduğunu dedi.
Qonaq ölkəmizdə keçirilən prezident seçkilərində İlham Əliyevin, parlament seçkilərində isə hakim Yeni Azərbaycan Partiyasının qələbəsinin önəmini qeyd edərək vurğuladı ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin davamçısıdır. Sahir Şamşad Mirza qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin inkişafı fenomenal hadisə olmuşdur. Qonaq bu cür inkişafa, o cümlədən ümumi daxili məhsulun və əhalinin rifah halının artma templərinə heç bir ölkədə rast gəlinmədiyini dedi.
Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Vətən müharibəsində Azərbaycanın Qələbəsinin önəmini vurğulayaraq qeyd etdi ki, ölkəmizin əsgər və zabitlər ilə bağlı baxışı, yerli istehsalın təşviqi, müharibədə müdafiə sənayesi kompleksi və güclü hərbi imkanlarla bərabər, müdafiənin bir növü olan qabaqlayıcı strategiyanın tətbiqi dünyaya çox aydın bir siqnal oldu ki, Azərbaycan hədəfə köklənib və irəliləyir.
Ölkəmizdə gedən inkişaf proseslərinin nümunə olduğunu qeyd edən qonaq Pakistanın Azərbaycan ilə qardaşlıq əlaqələrinin qarşılıqlı inama, səmimiliyə, əməkdaşlığa, mədəni əsaslara söykəndiyini dedi. O, qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklərini çatdırdı və bu bayramın Pakistanda da qeyd edildiyini məmnunluqla vurğuladı.
Sahir Şamşad Mirzə qeyd etdi ki, Kəşmir məsələsində Azərbaycan Pakistanın yanında olduğu kimi, Ermənistan məsələsində də Pakistan Azərbaycanın yanındadır.

09 Dekabr, 2024 / 20:04
09 Dekabr, 2024 / 13:53
04 Dekabr, 2024 / 16:55
03 Dekabr, 2024 / 21:00
03 Dekabr, 2024 / 13:17
XƏBƏR LENTİ