Dünya

Türkiyədə əməliyyat: Cinayətkar dəstənin 23 nəfər üzvü saxlanıldı  

turkiyede-emeliyyat-cinayetkar-destenin-23-nefer-uzvu-saxlanildinbspnbsp-1740918763

12 Fevral, 2025 / 09:15

İzmir Baş Prokurorluğu “Hücrə-11" əməliyyatı təşkil edib, 23 nəfər şübhəli saxlanılıb.

Parol.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya "X" hesabında məlumat yayıb.

Nazir bildirib ki, şübhəlilər zərərçəkmişlərdən zorla çek və veksellərini ələ keçiriblər, əmlaklarını girov yolu ilə ələ keçiriblər, onlara təzyiq göstəriblər. Bu yolla, təxminən, 30 milyon lirə qazanıblar.

"Mütəşəkkil cinayət qrupları ilə yanaşı, sələmçilərə gözlərini açmasına icazə verməyəcəyik. Ölkəmizin hər yerində qətiyyətlə həyata keçirdiyimiz əməliyyatlarımız davam edəcək", - deyə A. Yerlikaya paylaşımında bildirib.

XƏBƏR LENTİ