Dünya

Aİ Gürcüstana vizasız səyahət rejimini DAYANDIRIR  

ai-gurcustana-vizasiz-seyahet-rejimini-dayandirirnbspnbsp-1733821010

09 Dekabr, 2024 / 17:18

Avropa İttifaqı Gürcüstanda baş verənlərə cavab olaraq bu ölkəyəvizasız səyahət rejiminin dayandırılmasını nəzərdən keçirir.

Parol.az xəbər verir ki, ittifaqın Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərə açıqlamasında onu da qeyd edib ki, konkret kateqoriyalı pasportlar üçün vizasız gediş-gəlişin dayandırılması qərarının qəbul edilməsi ehtimalı var.

Səfir bunun üzv dövlətlərin nə qərar verəcəyinə bağlı olduğunu qeyd edib.

"Biz həmişə demişik ki, əhaliyə zərər vurmaq istəmirik. Biz Avropa dəyərlərinə sadiqliyinə görə nümayiş keçirən, Tbilisi və bir çox başqa şəhərlərin küçələrində Gürcüstan və Avropa İttifaqının bayraqlarını dalğalandıran insanları cəzalandırmaq istəmirik", - deyə səfir bildirib.

XƏBƏR LENTİ