KİV: Tramp buna nail ola bilməyəcək
02 Aprel, 2025 / 23:05
02 Aprel, 2025 / 15:52
Fransa Prezidenti Emmanuel Makron Tehranın nüvə proqramının vəziyyəti və İranla ABŞ arasında artan gərginliyi nəzərdən keçirmək üçün ölkənin əsas nazirləri və təhlükəsizlik ekspertlərinin iştirakı ilə müdafiə kabinetinin iclasını keçirib.
Parol.az xəbər verir ki, bu barədə “Reuters“ üç diplomatik mənbəyə istinadən məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp İranın nüvə sazişinə əməl etmədiyi təqdirdə, ölkənin bombardman ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
İsrailin "Kanal 14" telekanalı isə İran ərazisinə genişmiqyaslı hücumun çox yaxın olduğunu iddia edib.
"Mümkün hücum İranın nüvə proqramına və SEPAH-ın hərbi gücünə ciddi zərər vuracaq. Hətta bu, İranda rejim dəyişikliyinə səbəb ola bilər", - telekanal bildirib.
Digər tərəfdən, “Daily Express”in Tramp administrasiyasına yaxın mənbələrə istinadən yaydığı məlumata görə, əgər İran nüvə sazişi ilə bağlı razılığa gəlməsə, sentyabr ayının ortalarına qədər onun nüvə proqramı məhv ediləcək.
Bununla yanaşı, “Axios” saytı ABŞ rəsmisinə istinadən xəbər verib ki, Trampın İran rəhbərliyinə göndərdiyi məktuba Tehrandan cavab gəlib. Ağ Evin Tehranın dolayı danışıqlar təklifini ciddi şəkildə nəzərdən keçirdiyi bildirilir. Məktubda birbaşa nüvə danışıqları təklifi irəli sürülsə də, İran yalnız Omanın vasitəçiliyi ilə dolayı danışıqlara razılıq verib.

02 Aprel, 2025 / 22:07
02 Aprel, 2025 / 21:11
02 Aprel, 2025 / 19:50
02 Aprel, 2025 / 17:58
02 Aprel, 2025 / 17:50
XƏBƏR LENTİ