Dünya, Siyasət

Böyük "oyun"u kim poza bilər?  

boyuk-oyunu-kim-poza-bilernbspnbsp-1732583061

23 Noyabr, 2024 / 08:01

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrail baş naziri Benyamin Netanyahunun və keçmiş müdafiə naziri Yoav Qallantın Qəzzadakı müharibə zamanı törətdiyi hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə həbsinə order verilməsinə ayrı-ayrı ölkələrin və liderlərin reaksiyaları olduqca maraqlıdır. 

Böyük Britaniya başda olmaqla BCM-nin 124 üzv dövlətinin bir çoxunun liderləri sözügedən qərara və orderə hörmətlə yanaşacaqlarını, Netanyahu və Qallant bu ölkələrə səfər edərsə, həbsləri həyata keçirəcəklərini bildiriblər.

Ən ilginc reaksiya isə ABŞ prezidenti C. Baydendən gəlib. 

Belə ki, Ağ Evin rəhbəri əksər liderlərdən fərqli olaraq Netanyahunu və Qallantı müdafiə edib və bildirib ki, "BCM-nin İsrail liderləri üçün həbs orderi verməsi hədsizlikdir, rüsvayçılıqdır". 

Bayden fikrinə davam edərək deyib ki, "BCM nəyi nəzərdə tutsa da, İsrail və HƏMAS-ın bərabər olduğunu göstərən heç bir əlamət yoxdur". 

O, həmçinin vurğulayıb ki, ABŞ öz təhlükəsizliyinə təhdidlər qarşısında həmişə İsrailin yanında olacaq.

Yeri gəlmişkən, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp da Netanyahunu yaxından dəstəkləyir. 

Beləliklə, istər Baydenin, istərsə də Trampın BCM-nin qərarına analoji münasibəti bir daha onu göstərir ki, Yaxın Şərqdəki proseslərin əsas "ssenarist"i həqiqətən də məhz ABŞ-dır və prezidentlərin dəyişməsi ABŞ-ın "parçala və hökm sür" siyasətini əsla dəyişmir. 

Arada qalan və yazıq duruma düşən, davamlı münaqişədən əziyyət çəkən isə yəhudi və ərəb xalqı olur. 

Hər iki xalq qədim xalqdır, böyük mədəni keçmişləri var. Soykök etibarilə bir-birilə eyni mənşəyə malik olan yəhudilər də, ərəblər də dünya mədəni irsinə böyük töhfələr veriblər. 

Lakin əfsuslar olsun ki, bu gün bu iki qədim və müdrik xalqı Netanyahunun ifrat millətçi iqtidarı və HƏMAS kimi radikal terror təşkilatı təmsil edir. 

Netanyahu və HƏMAS eyni medalyonun üzü və astarıdır. Onlar ikisi də bir-birinin tayıdır. Bu mənada Baydenin səsləndirdiyi "İsrail və HƏMAS-ın bərabər olduğunu göstərən heç bir əlamət yoxdur" fikri kökündən səhvdir. Bayden belə deməklə növbəti dəfə siyasi riyakarlığa yol verib. 

Əslində Baydenin bu cür yanaşması ABŞ-ın geosiyasi mənafelərinə xidmət edir. Çünki yəhudiləri və ərəbləri radikalların (Netanyahunun və HƏMAS-ın) təmsil etməsi Birləşmiş Ştatların işinə yarayır. Ona görə də Tramp da Baydenin siyasətini daha da aqressiv formada davam etdirərək Netanyahunun hakimiyyətdə qalması üçün əlindən gələni edəcək. 

Və beləliklə, bir tərəfdən Netanyahu, digər tərəfdən isə HƏMAS və "Hizbullah" öz qanlı "missiya"larını bundan sonra da davam etdirəcəklər. Böyük "oyun" yenə davam edəcək. 

Lakin bu oyunu pozmaq yəhudilərin və ərəblərin özlərindən asılıdır. ABŞ-ın, Fransanın, İranın və digər güclərin Netanyahu, HƏMAS və başqa proksi qüvvələr üzərindən yəhudi və ərəblərin qanına bais olmalarını yalnız bu xalqların gerçək sülhsevər elitaları dayandıra bilər.

Bəybala Mirzəyev

XƏBƏR LENTİ