Dünya

ABŞ ilin sonuna qədər Avropadakı qoşunlarının azaldılması ilə bağlı danışıqlara başlayacaq  

abs-ilin-sonuna-qeder-avropadaki-qosunlarinin-azaldilmasi-ile-bagli-danisiqlara-baslayacaqnbspnbsp-1748297636

19 May, 2025 / 02:50

ABŞ administrasiyası avropalı müttəfiqləri ilə 2025-ci ilin sonunda ABŞ qoşunlarının Avropadan qismən çıxarılması məsələsini müzakirə etməyə başlayacaq.

Parol.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib.

"Biz bununla bağlı müzakirələrə başlayacağıq. Təbii ki, bu NATO sammitindən sonra, bu ilin sonunda olacaq. Bütün müttəfiqlərimiz danışmağa hazırdır", - Uitaker bildirib.

Onun sözlərinə görə, ABŞ qoşunların çıxarılmasının istənilən formatının təhlükəsizlik vəziyyətini pisləşdirməyəcəyinə təminat vermək istəyir.

O həmçinin ABŞ-ın NATO-da qalmaq niyyətində olduğunu deyib.

XƏBƏR LENTİ