Dünya

ABŞ FTB-nin sabiq direktorunun Trampa sui-qəsd çağırışını araşdırır  

abs-ftb-nin-sabiq-direktorunun-trampa-sui-qesd-cagirisini-arasdirirnbspnbsp-1748294951

16 May, 2025 / 06:58

ABŞ hökuməti Federal Təhqiqatlar Bürosunun (FTB) sabiq direktoru (2013–2017-ci illərdə) Ceyms Komi tərəfindən dövlət başçısı Donald Trampa qarşı ehtimal edilən sui-qəsd çağırışını araşdırır.

Parol.az xəbər verir ki, bu barədə ABŞ-ın Gizli Xidmətinin rəsmi nümayəndəsi Entoni Qulyelmi “X” hesabında məlumat verib.

"Biz mühafizə etdiyimiz şəxslər üçün potensial təhlükə sayıla biləcək hər şeyi hərtərəfli araşdırırıq. Biz FTB-nin sabiq direktoru Kominin sosial şəbəkədəki paylaşımından xəbərdarıq və bu cür bəyanatları çox ciddi qəbul edirik", - Qulyelmi yazıb.

ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem “X”-də Kominin Trampın öldürülməsinə çağırış etdiyini qeyd edərək, hüquq mühafizə orqanlarının bu təhlükəni araşdıracaqlarını və buna uyğun cavab verəcəklərini bildirib.

Qeyd edək ki, Komi balıqqulaqlarının 8647 rəqəmləri formasında düzüldüyü çimərlik fotosu paylaşıb.

ABŞ mediasında dərc olunan məqalələrdə bildirilir ki, “86” jarqon ifadəsi kiməsə xidmətdən imtina etmək və ya kimdənsə “xilas olmaq” çağırışı kimi tərcümə oluna, həm də qətlə çağırış mənasını verə bilər. 47 isə ABŞ-ın 47-ci prezidenti olan Trampı göstərə bilər.

Tənqidlər fonunda Komi öz paylaşımını silib və “Instagram”da "Mən başa düşmədim ki, bəzi insanlar üçün bu rəqəmlər zorakılıqla əlaqələndirilə bilər" deyə paylaşım edib.

XƏBƏR LENTİ