Dünya

ABŞ-ın nüfuzlu universitetləri Tramp administrasiyasına qarşı birləşib 

abs-in-nufuzlu-universitetleri-tramp-administrasiyasina-qarsi-birlesibnbsp-1746141009

28 Aprel, 2025 / 07:35

ABŞ-ın bir neçə nüfuzlu ali təhsil müəssisəsi Prezident Donald Tramp administrasiyasının siyasətinə qarşı mübarizəni koordinasiya etmək üçün birlik yaradıb.

Parol.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, qeyri-rəsmi qrupa təxminən 10 universitet daxildir. Universitetlərin əksəriyyəti demokratlara meylli ştatlarda yerləşir.

Qəzet yazır ki, birlik öz siyasətini uzlaşdıracaq və universitetlərin federal hakimiyyətə qarşı hansı səviyyəyə qədər güzəştə getməyə hazır olduğunu müəyyənləşdirəcək.

Nəşrin məlumatına görə, universitetlər artıq razılaşıblar ki, "akademik müstəqilliyi" qorumaq uğrunda mübarizə aparacaq, o cümlədən tələbə qəbul qaydalarına, işçi heyətinin işə götürülməsinə və tədris prosesinin təşkilinə nəzarətin özlərində saxlanmasına çalışacaqlar.

XƏBƏR LENTİ