Dünya

Türkiyə Rusiya və ABŞ liderlərinin görüşünü təşkil etməyə hazırdır  

turkiye-rusiya-ve-abs-liderlerinin-gorusunu-teskil-etmeye-hazirdirnbspnbsp-1746140686

28 Aprel, 2025 / 06:19

Türkiyə, tərəflərin razılığı və istəyi olduğu təqdirdə, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın görüşünü öz ərazisində təşkil etməyə hazırdır.

Parol.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Ankaradakı diplomatik mənbə məlumat verib.

"Fikrimcə, tərəflərin hazır olması və razılıq verməsi halında belə bir görüşün Türkiyədə keçirilməsi mümkündür. Rusiya və ABŞ-ın Türkiyə ərazisində danışıqlar aparmaq təcrübəsi artıq mövcuddur", – mənbə qeyd edib.

XƏBƏR LENTİ