Dünya

Rəsmi Moskva: “Qızıl Qübbə” layihəsi ABŞ-ın suveren qərarıdır  

resmi-moskva-qizil-qubbe-layihesi-abs-in-suveren-qeraridirnbspnbsp-1748907771

21 May, 2025 / 14:54

“Qızıl Qübbə” yeni raketdən müdafiə sisteminin yaradılması Vaşinqtonun suveren işidir.

Parol.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, ABŞ həqiqətən də raket təhlükəsi görərsə, belə sistemlər hazırlanır: “Bunun üçün lazımi potensiala malik olan bütün ölkələr belə edir”.

Peskov qeyd edib ki, Kreml “Qızıl Qübbə” raket əleyhinə sisteminin yaradılması layihəsinə görə ABŞ-la nüvə paritetinə təhlükəni hələ qiymətləndirmir, çünki bütün nüansları başa düşmək lazımdır.

"Burada nüansları anlamaq lazımdır. Hələlik bu layihənin təfərrüatları yoxdur".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Pentaqonun rəhbəri Pit Heqsətlə birlikdə Ağ Evdə çıxış edərkən ABŞ-ın “Qızıl Qübbə” raketdən müdafiə sisteminin arxitekturasına dair qərar qəbul etdiyini açıqlayıb. Tramp deyib ki, Birləşmiş Ştatlar indi İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sistemində istifadə olunandan daha qabaqcıl texnologiyaya malikdir.

XƏBƏR LENTİ