Moskvada mikroavtobus QƏZASI: 2 nəfər öldü, azı 7 nəfər xəsarət aldı
23 May, 2025 / 23:11
21 May, 2025 / 10:09
2025-ci il sentyabrın 1-dən Moskva şəhəri və Moskva vilayətinin hakimiyyət orqanları paytaxt regionuna daxil olan miqrantların yerləşdiyi əraziyə nəzarət etməyə başlayacaq.
Parol.az xəbər verir ki, sentyabrın 1-dən etibarən əcnəbilər “xüsusi mobil proqram”da qeydiyyatdan keçməli və öz yerləri barədə məlumatları müstəqil şəkildə Daxili İşlər Nazirliyinə ötürməli olacaqlar.
Miqrantlar geolokasiya nəzarətindən yan keçməyə cəhd etsələr, onlar nəzarət edilən şəxslərin reyestrinə daxil ediləcək və buna görə də Rusiyadan qovulacaqlar.
Qeyd edək ki, mayın 20-də Dövlət Duması Moskvada və Moskva vilayətində yaşayan “xarici vətəndaşların qeydiyyatı üçün əlavə mexanizmlərin tətbiqi” üçün eksperimentə başlamaq haqqında qanun layihəsini qəbul edib. Sentyabrın 1-dən etibarən miqrantlardan barmaq izi, biometrik fotoqrafiya, faktiki yaşayış yeri barədə məlumat verməli və “xüsusi mobil proqram”da qeydiyyatdan keçmələri tələb olunacaq. Sonuncunun köməyi ilə səlahiyyətlilər "abonent cihazlarının geolokasiyasına", yəni xarici vətəndaşların özlərinin yerləşməsinə nəzarət edə biləcəklər.

23 May, 2025 / 21:07
23 May, 2025 / 20:25
23 May, 2025 / 20:13
23 May, 2025 / 19:00
23 May, 2025 / 18:30
XƏBƏR LENTİ