Dünya

Britaniya İsrailin müdafiə naziri və maliyyə nazirinə qarşı sanksiyalar tətbiq edə bilər 

britaniya-israilin-mudafie-naziri-ve-maliyye-nazirine-qarsi-sanksiyalar-tetbiq-ede-bilernbsp-1748905705

21 May, 2025 / 04:25

Böyük Britaniya İordan çayının qərb sahilində fələstinlilərin hüquqlarının pozulmasına görə İsrailin Nazirlər Kabinetinin bəzi əsas üzvlərinə sanksiya tətbiq etmək üçün digər ölkələrlə planlar hazırlayır.

Parol.az xəbər verir ki, bu barədə “TheTimes” qəzeti məlumat yayıb.

Məlumata görə, qara siyahıya digərləri ilə yanaşı, İsrailin maliyyə naziri Bezalel Smotriç, müdafiə naziri İsrael Kats və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir də daxil ola bilər.

Mayın 20-də London artıq İsrailin yeddi fiziki şəxsinə və qurumuna qarşı sanksiyalar tətbiq edib.

Britaniya bundan başqa İsrailin Qəzza zolağında yeni hərbi əməliyyatları səbəbilə azad ticarət sazişi üzrə İsraillə danışıqları dayandırdığını açıqlayıb.

XƏBƏR LENTİ