Dünya

KİV: Ukrayna ABŞ-la təbii sərvətlərlə bağlı sazişi bu gün imzalaya bilər  

kiv-ukrayna-abs-la-tebii-servetlerle-bagli-sazisi-bu-gun-imzalaya-bilernbspnbsp-1746403957

30 Aprel, 2025 / 15:16

Ukrayna ABŞ-la təbii sərvətlərlə bağlı sazişi bu gün imzalamağa hazırdır.

Parol.az xəbər verir ki, bu barədə “Bloomberg“ə danışıqların özəl olduğu üçün adının açıqlanmasını istəməyən şəxs deyib.

Onun sözlərinə görə, saziş çərçivəsində iki ölkə Ukraynada dağ-mədən sənayesi, enerji və əlaqəli texnologiyalara investisiyaların artırılmasına şərait yaratmağa çalışacaq.

“Ukraynanın investisiya layihələrini idarə etmək üçün birgə fondun yaradılmasını nəzərdə tutan saziş layihəsi yekunlaşıb və bu gün imzalana bilər. Ukraynanın İqtisadiyyat naziri Yuliya Svırıdenko imzalanma üçün Vaşinqtona yollanır”, - məsələ ilə tanış olan mənbə bildirib.

Mənbə sazişin Vaşinqtonun Kiyevə dəstəyini gücləndirə biləcəyini vurğulayıb.

XƏBƏR LENTİ