Dünya

Rubio Hindistan və Pakistan XİN rəhbərləri ilə əlaqə saxlayacaq  

rubio-hindistan-ve-pakistan-xin-rehberleri-ile-elaqe-saxlayacaqnbspnbsp-1746402719

30 Aprel, 2025 / 01:29

ABŞ dövlət katibi Rubio Hindistan və Pakistan XİN rəhbərləri ilə əlaqə saxlayacaq.

Parol.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus məlumat verib.

“Dövlət katibi hər iki ölkənin XİN rəhbərləri ilə bu gün və ya sabah danışacaq. O, digər beynəlxalq liderləri və xarici siyasət idarələrinin rəhbərlərini də vəziyyətə müdaxilə etməyə və tərəflərlə əlaqə qurmağa çağırır”, – deyə Bryus bildirib.

Xatırladaq ki, Hindistanın "PTI" agentliyi daha əvvəl xəbər vermişdi ki, baş nazir Narendra Modi təhlükəsizliklə bağlı keçirilən müşavirədə silahlı qüvvələrə Pahalgamda baş verən terror aktına cavab olaraq müstəqil qərarlar qəbul etmək səlahiyyəti verib.

XƏBƏR LENTİ