Dünya

ABŞ Yəməndəki Ras-İsa limanının məhv edildiyini açıqlayıb  

abs-yemendeki-ras-isa-limaninin-mehv-edildiyini-aciqlayibnbspnbsp-1746057982

18 Aprel, 2025 / 03:50

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, amerikalı hərbçilərin endirdiyi zərbələr nəticəsində Yəmənin Qırmızı dəniz sahilində, Əl-Hudeydə vilayətində yerləşən Ras-İsa limanı tamamilə məhv edilib.

Parol.az xəbər verir ki, bu barədə məlumat komandanlığın “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində yayılıb.

“Məqsəd İranın dəstəklədiyi husilərin yanacaq mənbəyini məhv etmək idi”, – deyə açıqlamada bildirilir.

"CENTCOM"un versiyasına görə, husilərin nəzarətində olan Ras-İsa limanının məhv edilməsi radikal qruplaşmanı neft məhsullarının satışından əldə edilən qanunsuz gəlirdən və yanacağa çıxış imkanından məhrum edib.

XƏBƏR LENTİ