Dünya, Siyasət

Mollaların Çinlə sövdələşməsi, yaponlara və BMT-yə kələyi, Urmu gölünə xəyanəti... 

mollalarin-cinle-sovdelesmesi-yaponlara-ve-bmt-ye-keleyi-urmu-golune-xeyanetinbsp-1733360766

03 Dekabr, 2024 / 21:00

Bir gölü eyni vaxtda həm qurutmaq, həm də bərpa etmək mümkünmü? Yox, belə bir şey əsla mümkün deyil. Ancaq İranın molla rejimi isə Güney Azərbaycan türklərinin milli rəmzinə çevrilmiş Urmu gölünü bir tərəfdən qurudur, digər tərəfdən isə, guya, bərpa edir.
Daha doğrusu, molla rejimi Urmu gölü üzərindən Çin və Yaponiya ilə olduqca təhlükəli oyun oynayır. Belə ki, Urmu gölünün ətrafında və bilavasitə gölün yatağında bir çox qiymətli filiz yataqları və kimyəvi maddə qaynaqları mövcuddur. Söhbət ilk növbədə litium, qızıl, mis ehtiyatlarından gedir. Molla rejimi bu ehtiyatlara sahiblənmək üçün gölü qəsdən qurudur və beləliklə, Güney Azərbaycanın sərvətlərini talan edir.
Urmu gölünün yatağında çoxlu litium var. Litiumdan hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrində elektrik sənayesində, avtomobildə, aerokosmik sənayedə, tibb sahəsində, nüvə tədqiqatlarında geniş istifadə olunur. Bunu anlayan molla rejimi Urmu gölünün duz yataqlarındakı litiumu Çinə satmağa başlayıb.
Mətbuatda yer alan ehtimallara görə, İran hakimiyyəti sanksiyalara məruz qaldığı üçün iqtisadiyyatının ağır vəziyyətə düşdüyünü, maliyyə qıtlığı yarandığını anlayır. Durumun ağırlığını nəzərə alan molla rejimi maliyyə təmini məqsədi ilə gölün duzunun Çinin hökumət şirkətlərinə satılmasına qərar verib.
Çin isə öz növbəsində fürsətçilik edərək İran neftini dəyər-dəyməzinə satın aldığı kimi, litiumu da çox ucuz qiymətə alır. Bunun zərbəsi isə güneyli soydaşlarımıza dəyir, Urmu gölü məhv olur. Lakin hamının ekoloji fəlakət kimi qəbul etdiyi bu hadisəni İran rejimi görməzdən gəlir.
Gölün ətrafındakı bölgələrdə yaşamaq da artıq dözülməz olur. Bu ərazilərdə yaşayan azərbaycanlı əhali tozlu və zəhərli hava üzündən, quraqlıq ucbatından başqa yerlərə köçməyə məcbur qalır. Molla rejiminə də əslində elə bu lazımdır.
Gölün qurudulması 15 milyon Azərbaycan türkünün o bölgədən köçməsi ilə nəticələnə bilər. Bu isə molla rejimini qane edir. Çünki bölgənin insansızlaşdırılması molla rejiminin Çin və digər müttəfiqləri ilə birgə planlarına uyğundur.
Bu arada isə mollalar sözügedən çirkin planlarını ört-basdır etmək və gözdən pərdə asmaq üçün, bundan da daha betər olan başqa bir iyrənc siyasətə əl atır, Çinin qonşusu olan Yaponiyaya və BMT-yə kələk gələrək, Urmu gölünün bərpası adıyla yapon hökuməti ilə humanitar yardım sazişi imzalayıblar. Həmin anlaşmaya əsasən, yapon hökuməti 690 milyon iyen (6,4 milyon dollar) civarında maliyyə vəsaiti ayırıb. Bu məbləğin BMT-nin İrandakı İnkişaf Ofisinin vasitəsilə Urmiya gölünün bərpası layihəsi üçün xərclənməsi nəzərdə tutulur.
Yeri gəlmişkən, Yaponiya hökuməti bundan öncə də (2020-ci ildə) Urmu gölünün bərpasına yardım məqsədilə, suvarma sistemlərinin inkişaf etdirilməsi üçün 1 milyon dollar vəsait ayırmışdı. Ancaq həmin vəsaitin nəticəsi gözə görünmür. Urmu gölü qurumağa (daha doğrusu, qurudulmağa) davam edir. Deyilənlərə görə, molla rejimi sözügedən humanitar məqsədli maliyyə yardımlarını mənimsəyib, özünün Yaxın və Orta Şərqdəki proksi qüvvələri üçün xərcləyir.
Bununla da molla rejimi, necə deyərlər, bir güllə ilə bir neçə "dovşan" vurmuş olur. Lakin Yaponiya hökuməti və Birləşmiş Millətlər Təşkilatı Urmu gölünün bərpası üçün ayrılan pulların necə və hara xərclənməsini monitorinq edə, faktları araşdıra bilər. Urmu üçün ayrılan pullar terrorçuluq üçün sponsorluq vasitəsinə çevrilməməlidir.

Güney Azərbaycanın təbii sərvətlərinin İran dövləti tərəfindən talanmasının və Yaponiya hökumətinin xətti ilə Urmu gölü üçün ayrılan maliyyənin ayrı işlərə xərclənməsinin başqa bir səbəbi də siyasi motivlərlə bağlıdır. İranın ali dini liderinin müşaviri, qatı panfarsçı Əli Əkbər Vilayətinin bir açıqlamasında etiraf etdiyi kimi molla rejimi anlayır ki, Güney Azərbaycan tez ya gec İrandan ayrılacaq, ona görə də bu bölgəyə sərmayə qoymağa ehtiyac yoxdur.
Bir gölün özünü bilə-bilə tamamilə qurutmaq, oradakı bütün canlı aləmin məhvinə səbəb olmaq və yan-yörəsindəki xalqı isə köçə məhkum etmək bir gün ilahi ədalətin ağır cəzası ilə nəticələnə bilər.

Bəybala Mirzəyev

XƏBƏR LENTİ