Dünya

Dəməşqin dürzilərin məskunlaşdığı bölgələrində atəşkəs elan edilib  

demesqin-durzilerin-meskunlasdigi-bolgelerinde-ateskes-elan-edilibnbspnbsp-1746405644

01 May, 2025 / 07:34

Dəməşqin dürzilərin məskunlaşdığı Jaramana və Sahna ətraf bölgələrində iki gün davam edən qarşıdurmalardan sonra atəşkəs razılaşması qüvvəyə minib.

Parol.az xəbər verir ki, Suriya televiziyasının verdiyi məlumata görə, bu barədə Əs-Suveyda vilayətinin valisi Mustafa əl-Bakur bildirib.

O bildirib ki, ölkənin yeni hökumətinin nümayəndə heyəti dürzi icmasının ağsaqqalları ilə Dəməşq yaxınlığında görüş keçirib.

“Suriya təhlükəsizlik qüvvələrinin patrullarına 20-yə yaxın əməkdaşın ölümü ilə nəticələnən hücumlar törədən cinayətkarların hüquq-mühafizə orqanlarına ekstradisiyasına dair razılıq əldə olunub”, - o qeyd edib.

XƏBƏR LENTİ