Dünya

Kanadanın yeni baş naziri nə vaxtdan işinə başlayacaq?  

kanadanin-yeni-bas-naziri-ne-vaxtdan-isine-baslayacaqnbspnbsp-1743479690

13 Mart, 2025 / 04:19

Kanadanın növbəti baş naziri Mark Karni martın 14-də and içərək hökumətə rəhbərlik etməyə başlayacaq.

Parol.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Məlumata görə, kabinetinin üzvləri də andiçmə zamanı Karniyə qoşulacaq, lakin kabinetin tərkibində kimin olacağı hələ ki, bəlli deyil.

Kanalın mənbələrinin dediyinə görə hazırkı baş nazir Castin Trüdo mərasimdən əvvəl istefa verəcək.

Qeyd edək ki, martın 9-da Kanadanın hakim Liberal Partiyası Kanada Bankının keçmiş rəhbəri Mark Karnini yeni lider seçib. O, hazırda oktyabrın 20-nə təyin edilmiş növbəti parlament seçkilərinə qədər yeni baş nazir olacaq.

XƏBƏR LENTİ