Dünya

Bir sıra ölkələr Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır  

bir-sira-olkeler-ukraynaya-tehlukesizlik-zemaneti-vermeye-hazirdirnbspnbsp-1743479597

13 Mart, 2025 / 03:19

Hazırda 15-ə yaxın ölkə atəşkəs dövründə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsində iştirak etməyə hazırdır.

Parol.az xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornyu Parisdə Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransanın müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, Ukrayna üçün hansı təhlükəsizlik təminatlarının ola biləcəyini müzakirə etdikləri ilk görüşün nəticələrinə yekun vurulub.

Onun sözlərinə görə, geniş konsensus yaranır və qərargah rəisləri uzunmüddətli sülh üçün təhlükəsizlik arxitekturası və ya qısa və orta müddətli perspektivdə siyasi liderlərə təqdim olunacaq atəşkəs variantları hazırlamağa başlayıblar.

Lekornyu hazırda təxminən 15 dövlətin bu prosesi davam etdirməkdə maraqlı olduğunu deyib.

XƏBƏR LENTİ