Dünya

ABŞ Ukraynaya hansı silahları göndərdi?  

abs-ukraynaya-hansi-silahlari-gonderdinbspnbsp-1743479486

13 Mart, 2025 / 00:30

Amerika Birləşmiş Ştatları Səudiyyə Ərəbistanında nümayəndə heyətlərinin görüşündən sonra Ukraynaya silah tədarükünü tam olaraq bərpa edib.

Parol.az xəbər verir ki, bu barədə CNN adı açıqlanmayan amerikalı məmura istinadən xəbər verib.

Məlumatda bildirilir ki, Kiyev və Vaşinqton arasında kəşfiyyat məlumatlarının mübadiləsi də tam şəkildə bərpa edilib.

Qeyd olunur ki, Co Bayden administrasiyasının təsdiq etdiyi yardım paketləri çərçivəsində artilleriya mərmiləri, tank əleyhinə silahlar və HIMARS raket sistemi üçün sursatlar növbəti dəfə Ukraynaya çatdırılır.

Qeyd edək ki, ABŞ, Ukrayna prezidenti Voldimir Zelenskinin Donald Trampla qalamaqallı görüşündən sonra bütün yardımları dayandırmışdı.

CNN-in mənbəsi həmçinin Ukraynada inkişaf etmiş silah sistemlərinin saxlanması, təlimi və dəstəyinə kömək etmək üçün səfərdə olan amerikalı podratçıların da öz işlərinə yenidən başladıqlarını deyib.

XƏBƏR LENTİ