Dünya

ABŞ Ukraynaya hərbi yardımı bərpa etdi  

abs-ukraynaya-herbi-yardimi-berpa-etdinbspnbsp-1743477748

12 Mart, 2025 / 02:50

ABŞ Səudiyyə Ərəbistanında danışıqlar zamanı verdiyi vədi yerinə yetirərək Ukrayna ordusuna hərbi yardımı bərpa edib.

Parol.az xəbər verir ki, bu barədə Ukraynanın Prezident Administrasiyası rəhbərinin müavini Pavlo Palisa öz “Facebook” səhifəsində məlumat verib.

"Razılaşmalar həyata keçirilməyə başlayır. Mübarizə davam edir!", - deyə o bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidenti Donald Trampla Ağ Evdə jurnalistlərin qarşısında mübahisəsindən sonra ABŞ Ukraynaya silah tədarükünü dayandırmışdı.

XƏBƏR LENTİ