Dünya

Əl-Şara: Suriya hökuməti buna imkan verməyəcək  

el-sara-suriya-hokumeti-buna-imkan-vermeyeceknbspnbsp-1743455543

10 Mart, 2025 / 00:21

“Suriyanın yeni hakimiyyəti heç bir xarici qüvvənin və ya ölkə içindəki qruplaşmaların ölkəni vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcək.”

Parol.az xəbər verir ki, bunu Suriyanın prezidenti Əhməd əl-Şara ölkənin qərbində baş verən hadisələrə münasibət bildirərkən deyib.

"Bu gün biz yeni təhlükə ilə üz-üzəyik. Bu, əvvəlki rejimin qalıqları və onların arxasında duran xarici qüvvələrin ölkəmizi parçalamaq, birliyini və sabitliyini pozmaq məqsədi ilə yeni nifaq salmaq, ölkəmizi vətəndaş müharibəsinə sürükləmək cəhdidir", - Əl-Şaraa bildirib.

Qeyd edək ki, martın 6-da Laziqiyyə, Tartus və Homs vilayətlərində hökumət qüvvələri ilə devrilmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşma yaşanıb.

XƏBƏR LENTİ