Hakan Fidan Fransaya gedir - SƏBƏB
01 Aprel, 2025 / 15:07
10 Mart, 2025 / 15:10
Almaniyanın ümumilikdə 28 hava limanının əməkdaşları maaş artımı tələb ilə kütləvi tətillərə başlayıb.
Parol.az xəbər verir ki, bu səbəbdən ölkənin uçuşların ən çox həyata keçirildiyi Frankfurt hava limanı da daxil olmaqla, Münxen, Ştutqart, Köln, Düsseldorf, Dortmund, Hannover, Bremen, Hamburq, Brandenburq, Leyptsiq aeroportlarının iş qrafikində ləngimələr olub.
Ölkənin hava limanları assosiasiyası olan ADV-nin məlumatına görə, etirazlar ümumilikdə 510 min nəfər sərnişinə təsir göstərəcək.
Almaniyanın Həmkarlar İttifaqı Təşkilatı açıqlama verərək, hazırda müxtəlif sahələrdə çalışan 2 milyon 500 min nəfərin əməkhaqlarının aşağı olduğunu bildirib. Qurum həmçinin işçilərə mükafatların ödənilməsi və üç əlavə istirahət gününün müəyyən olunması ilə bağlı tələblər irəli sürüb.
Bu arada, yerli hakimiyyət orqanları yuxarıda göstərilən tələbləri qəbuledilməz adlandırıb.

01 Aprel, 2025 / 14:15
01 Aprel, 2025 / 14:12
01 Aprel, 2025 / 14:09
01 Aprel, 2025 / 14:02
01 Aprel, 2025 / 13:43
XƏBƏR LENTİ