Dünya

Təyyarə avtomobil dayanacağına çırpıldı  

teyyare-avtomobil-dayanacagina-cirpildinbspnbsp-1743455869

10 Mart, 2025 / 02:34

ABŞ-nin Pensilvaniya ştatında kiçik təyyarə qəzaya uğrayıb.

Parol.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

İlkin məlumata görə, Pensilvaniyada yaşayış kompleksi və qocalar evinin yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb.

Hadisə yerli vaxtla saat 15:20-də baş verib. Təyyarənin dayanacağa çırpılması nəticəsində bir neçə avtomobil də yanıb. Qəza yerinə təcili yardım xidmətinin qrupları cəlb olunub.

Hadisə yanğınla nəticələnib. Təyyarənin Lankaster hava limanından havaya qalxdığı, lakin havaya qalxdıqdan az sonra idarəetməni itirərək qəzaya uğradığı bildirilir.

Təyyarədə beş nəfər olub. Hazırda qəzanın səbəbi məlum deyil.

XƏBƏR LENTİ