Dünya

İsrail elektrik enerjisini kəsərək Qəzza razılaşmasını pozdu - HƏMAS  

israil-elektrik-enerjisini-keserek-qezza-razilasmasini-pozdu-hemasnbspnbsp-1743455626

10 Mart, 2025 / 01:01

HƏMAS İsrailin Qəzzaya elektrik enerjisinin verilməsini kəsməklə bağlı qərarını atəşkəs razılaşmasının kobud şəkildə pozulması adlandırıb.

Parol.az xəbər verir ki, bu açıqlama ilə hərəkatının nümayəndəsi İzzət ər-Rişk çıxış edib.

“İsrailin son hərəkətləri bütün imzalanmış müqavilələrin və beynəlxalq hüququn kobud şəkildə pozulmasını əks etdirir və bir daha sübut edir ki, qarşı tərəf razılaşmaların bir hissəsini yerinə yetirmir”, - çıxışda deyilir.

Onun fikrincə, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı müqavilənin icrasını təxirə salmağa və bütün tərəflərə yalnız öz maraqlarına cavab verən yeni planı qəbul etdirməyə çalışır.

Qeyd edək ki, bu gün səhər saatlarında İsrailin dövlət televiziyası Kan, energetika naziri Eli Koenin Qəzza zolağına elektrik enerjisinin verilməsini dayandırmaq əmri verdiyi ilə bağlı məlumat verib.

XƏBƏR LENTİ